• Bakı 14° C

    11.18 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

ÇL: “Qalatasaray” qələbə qazandı

İDMAN

30 Avqust 2023 | 01:13 | Müəllif: Qalib İbrahimoğlu

ÇL: “Qalatasaray” qələbə qazandı

UEFA Çempionlar Liqasında (ÇL) qrup mərhələsinə vəsiqə qazanan üç komanda müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, pley-offda baş tutan üç cavab görüşündən sonra yoluna bu turnirdə və UEFA Avropa Liqasında (AL) davam edən komandalar bəlli olub.

Türkiyə çempionu “Qalatasaray” səfərdə minimal fərqlə qalib gəldiyi Norveç təmsilçisi “Molde”ni qəbul edib. İstanbuldakı qarşılaşma da “cim-bom”un qalibiyyəti ilə yekunlaşıb və “Qalatasaray” qitənin ən nüfuzlu turnirinin qrupuna yüksəlib.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
29 avqust

23:00. “Qalatasaray” (Türkiyə) – “Molde” (Norveç) – 2:1
Qollar: Mauro İkardi, 7 (pen.). Angelinyo, 90+3 - Eyrik Hestad, 66
İlk oyun – 3:2

23:00. “Panatinaikos” (Yunanıstan) – “Braqa” (Portuqaliya) – 0:1
Qol: Bruma, 83
İlk oyun – 1:2

23:00. “Yanq Boyz” (İsveçrə) – “Makkabi” (Hayfa, İsrail) – 3:0
Qollar: Sedrik İtten, 23. Abdulaye Sek, 28 (avtoqol). Filip Uqriniç, 46
İlk oyun – 0:0

Qeyd edək ki, mərhələnin digər oyunları avqustun 30-da keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026