• Bakı 15° C

    2.32 m/s

  • USD - 1.7

    EUR - 1.8945

    RUB - 2.1118

Alaba millimizlə oyunu buraxa bilər

İDMAN

28 Sentyabr 2023 | 09:31

Alaba millimizlə oyunu buraxa bilər

Avstriya millisinin futbolçusu David Alaba Azərbaycana qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyununu buraxa bilər.

Bakıvaxtı.az xəbər verir ki, "Real Madrid"də çıxış edən 31 yaşlı müdafiəçi İspaniya La Liqasının VII turunda "Las Palmas"a 2:0 hesabı ilə qalib gəldikləri matçda zədələnib.

Görüşdən sonra paytaxt təmsilçisinin baş məşqçisi Karlo Ançelotti Alabanın sentyabrın 30-da, VIII turda "Jirona" ilə qarşılaşmada iştirak etməyəcəyini söyləyib.

Onun sonrakı durumu tibbi müayinələrdən sonra müəyyənləşəcək.

Qeyd edək ki, oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq Azərbaycan - Avstriya görüşü saat 20:00-da başlayacaq. Daha əvvəl Marko Arnautoviçin bu matçı buraxacağı dəqiqləşib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR