Avropa Liqasının qrup mərhələsində “Qarabağ” üzərində 5:1 hesablı qələbə qazanan Almaniyanın “Bayer” klubunun baş məşqçisi Xabi Alonsonun matçdan sonra Azərbaycan təmsilçisinin futbolçusu Andrey Lunyovu qucaqlaması diqqət çəkib.
Bakıvaxtı.az xəbər verir ki, ötənlərin əfsanəvi futbolçusu bununla 5 qol buraxan sabiq oyunçusuna dəstək olub.
Həmin foto Almaniya mətbuatının da gündəminə çevrilib.
















