• Bakı 17° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

MMA döyüşçüsü rəqibin qulağını qopardı

İDMAN

25 Noyabr 2023 | 20:33 | Müəllif: Subhan Mahmudov

MMA döyüşçüsü rəqibin qulağını qopardı

Qarışıq üslubda (MMA) braziliyalı döyüşçü Vinisius Kruz Sankt-Peterburqda keçirilən "Absolute Championship Akhmat" turnirində Qırğızıstan təmsilçisi Edil Esenqulovla döyüşdə zədələnib.

Bakıvaxtı.az bildirir ki, Esenqulov dördüncü raundda braziliyalının başına dirsəklə zərbə vurub. Bundan sonra Kruzun qulağının bir hissəsi qopub. Hakim döyüşü dayandırıb və Esenqulovun texniki nokautla qələbəsini qeydə alıb.

Təşkilatçıların sözlərinə görə, zərərçəkənə dərhal tibbi yardım göstərilib. Onun səhhəti üçün təhlükə yoxdur.

Qələbə sayəsində Esenqulov yarım ağır çəki dərəcəsində promosyonun Qran Prisinin yarımfinalına yüksəlib. O, bu mərhələdə rusiyalı Abubakar Vaqaevlə görüşəcək./lent.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Oktyabr 2026