• Bakı 20° C

    7.1 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

İstanbul derbisində bərabərlik

İDMAN

24 Dekabr 2023 | 22:17 | Müəllif: Subhan Mahmudov

İstanbul derbisində bərabərlik

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, 17-ci turda "Fənərbaxça" evdə "Qalatasaray"ı qəbul edib. Əzəli rəqiblərin oyunu qolsuz bərabərliklə başa çatıb.

Bu komadalar arasında iyunun 4-də oynanılan son görüşdə "Qalatasaray" "Fənərbaxça"ya 3:0 hesabı ilə qalib gəlmişdi. 

"Fənərbaxça" özünün Superliqadakı son oyununda - 16-cı turda "Kayserispor"u üstələyib - 4:3. "Qalatasaray" isə "Fatih Karagümrük"ə qalib gəlib - 1:0.

Bu nəticədən sonra turnir cədvəlində "Fənərbaxça" 44 xalla liderdir, eyni xalı olan "Qalatasaray" isə 2-ci pillədədir.

Türkiyə Superliqası, 17-ci tur

20:00. "Fənərbaxça" - "Qalatasaray" - 0:0

Baş hakim: Arda Kardeşler

"Ülker" stadionu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026