• Bakı 13° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Fransa liqasında YENİLİK

İDMAN

25 Noyabr 2023 | 16:58

Fransa liqasında YENİLİK

Fransa Liqa-1-də yenilik tətbiq olunub.

Bakıvaxtı.az xəbər verir ki, hər tur bombardirlik yarışında lider oyunçu yeni forma ilə oyuna çıxacaq. Formanın üzərində “Top scorer” (ən yaxşı bombardir) sözləri yazılan qızılı loqo olacaq. İdeya Liqa-1-ə məxsusdur.

İlk forma dünən “Monako”ya qarşı 13-cü turun matçından əvvəl PSJ-nin hücumçusu Kilian Mbappeyə təqdim olunub. Görüş 5:2 hesabı ilə PSJ-nin xeyrinə başa çatıb. Mbappe 39-cu dəqiqədə komandasının 2-ci qolunu (penaltidən) vurub.

Qeyd edək ki, hazırda Mbappe 13 qolla bombardirlər yarışına başçılıq edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026