• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şahruddinin komandası "Beşiktaş"a 4 qol vurdu

İDMAN

28 Sentyabr 2023 | 00:23 | Müəllif: Subhan Mahmudov

Şahruddinin komandası "Beşiktaş"a 4 qol vurdu

Türkiyə Superliqasının 3-cü turunun ertələnmiş matçında “Adana Demirspor” öz meydanında İstanbulun “Beşiktaş” komandasını qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, qarşılaşma millimizin üzvü Şahruddin Məhəmmədəliyevin də formasını geyindiyi Adana təmsilçisinin 4-2 hesablı qələbəsi ilə başa çatıb.

“Adana Demirspor” rəqibini 35 il aradan sonra ilk dəfə yenib. İstanbul təmsilçisi “Trabzonspor” səfərindəki 3:0 hesablı ağır məğlubiyyətdən sonra ard-arda ikinci dəfə səfərdə qapısından xeyli sayda top buraxaraq yenilib.

Qeyd edək ki, hazırda “Adana Demirspor”un 11, “Beşiktaş”ın isə 10 xalı var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026