• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Musa Qurbanlı İsveç çempionatında rəmzi komandaya düşüb

İDMAN

29 Avqust 2023 | 13:40 | Müəllif: Subhan Mahmudov

Musa Qurbanlı İsveç çempionatında rəmzi komandaya düşüb

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı İsveç çempionatında XXI turun rəmzi komandasına düşüb.

Bakıvaxtı.az-ın məlumatına görə, “Deqerfors”la görüşdə 2 qol, bir məhsuldar ötürmə ilə yadda qalan “Yurqorden”in üzvü ən yaxşı üç hücumçudan biri seçilib.

Onun performansı 8,7 balla qiymətləndirilib. Ən yüksək xala “Hammarbü”nün yarımmüdafiəçisi Nahir Besara (9,2) layiq görülüb. Qurbanlı ilə yanaşı, “Yurqorden”in müdafiəçisi Markus Danielson da rəmzi 11-liyə salınıb.

Qeyd edək ki, “Yurqorden” “Deqerfors”u 4:1 hesabı ilə məğlub edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR