• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rəcəbov və Məmmədyarov dünya reytinqində irəlilədilər

İDMAN

02 Iyul 2023 | 11:28 | Müəllif: Subhan Mahmudov

Rəcəbov və Məmmədyarov dünya reytinqində irəlilədilər

Beynəlxalq Şahmat Federasiyası (FİDE) iyul ayı üçün reytinq cədvəlini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Teymur Rəcəbov (2 747 xal) 1 pillə irəliləyərək 12-ci sıraya yüksəlib. Şəhriyar Məmmədyarov (2 742 xal) isə 15-ci pillədən 14-cü yerə yüksəlib.

Qədir Hüseynov (2 661) 3 pilləlik sıçrayışla əvvəlki mövqeyinə - 83-cü sıraya qalxıb.

Siyahıya yenə də norveçli Maqnus Karlsen (2 853) başçılıq edir. İkinci və üçüncü pillələrdə isə ABŞ təmsilçiləri Hikaru Nakamura (2 787) və Fabiano Karuana (2 782) qərarlaşıb.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2 448) 26-cı, Ülviyyə Fətəliyeva (2 401) 53-cü, Xanım Balacayeva (2 368) 79-cu, Gülnar Məmmədova (2 357) 86-cı, Gövhər Beydullayeva (2 355) 92-ci sırada yer alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026