• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Qarabağ”ın sabiq qapıçısı Səudiyyə Ərəbistanı klubuna keçib

İDMAN

01 Avqust 2023 | 00:38 | Müəllif: Subhan Mahmudov

“Qarabağ”ın sabiq qapıçısı Səudiyyə Ərəbistanı klubuna keçib

Türkiyə “Konyaspor”unun qapıçısı İbrahim Şehiç karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Bakıvaxtı.az xəbər verir ki, klubun rəsmi saytında verilən məlumata görə, Bosniya və Herseqovinadan olan qolkiper bu ölkənin “Əl-Halic” komandasına keçib.

35 yaşlı oyunçu tezliklə Seyhət şəhərinin təmsilçisi ilə rəsmi müqavilə imzalayacaq.

Qeyd edək ki, İbrahim Şehiç 2015 - 2018-ci illərdə “Qarabağ”ın formasını geyinib. O, “Konyaspor”da 2020-ci ilin yayından çıxış edirdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026