• Bakı 12° C

    8.64 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Fabreqas karyerasını başa vurdu

İDMAN

01 Iyul 2023 | 23:55 | Müəllif: Subhan Mahmudov

Fabreqas karyerasını başa vurdu

İspaniya millisinin, "Çelsi", "Arsenal" və "Barselona" kimi klubların sabiq yarımmüdafiəçisi Sesk Fabreqas karyerasını başa vurduğunu açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, futbolçu bu barədə sosial şəbəkədə paylaşım edib.

"Futbolçu karyeramı başa vurmağın vaxtın gəldiyini böyük kədər hissi ilə elan edirəm. "Barselona", "Çelsi", "Arsenal", "Monako", "Komo"da keçirdiyim hər günü xatırlayacağam. Bu, heç vaxt unuda bilməyəcəyim bir səyahət idi", - deyə o bildirib.

Fabreqas ötən mövsüm oynadığı "Komo"nun B komandasında məşqçilik edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR