• Bakı 15° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Premyer Liqa: "Sumqayıt" "Neftçi"yə qalib gəlib

İDMAN

08 Dekabr 2024 | 20:05

Premyer Liqa: Sumqayıt Neftçiyə qalib gəlib

Misli Premyer Liqasının XVI turunda "Sumqayıt" "Neftçi"yə qalib gəlib.

Bakıvaxtı.az-ın məlumatına görə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matçda ev sahibləri 2:0 hesablı qələbəyə sevinib.

Hesabı 20-ci dəqiqədə Kamran Quliyev açıb. Fasiləyə 2 dəqiqə qalmış isə Cordan Rezabala yekun hesabı müəyyənləşdirib.

Bu qələbə sayəsində xallarının sayını 19-a çatdıran "Sumqayıt" altıncı pillədə yer alıb. "Neftçi" isə 13 xalla səkkizinci sırada qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki görüşülərində "Araz-Naxçıvan" "Səbail"i 2:0, "Zirə" isə 'Kəpəz"i 4:0 hesabı ilə məğlub edib. "Sabah" və "Qarabağ" komandalarının duelində qalib müəyyənləşməyib - 1:1.


SON XƏBƏRLƏR

18 Aprel 2025