• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Prezident: "Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində..."

SİYASƏT

14 Fevral 2023 | 15:28

Prezident: "Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində..."

Anqola ilə Azərbaycan arasında siyasi əlaqələr yaxşı səviyyədədir, iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığımızın inkişaf etdirilməsi üçün böyük imkanlar mövcuddur. Xüsusən energetika sahəsində daha geniş əməkdaşlıq imkanları var.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Anqola Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Auqusto da Silva Kunhanın etimadnaməsini qəbul edərkən bildirib.

Prezident ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Anqolanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini bildirib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik edən ölkənin rotasiya qaydasında BMT Təhlükəsizlik Şurasının daimi üzvü olması təşəbbüsü ilə çıxış etdiyini diqqətə çatdıran dövlətimizin başçısı hərəkata üzv dövlətlər arasında bununla bağlı məsləhətləşmələr aparılmasının vacibliyini vurğulayıb.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi qəbul edərkən təşkilata üzv dövlətlərin problemlərinin gündəlikdə saxlanılacağını xüsusi qeyd etdiyini xatırladan Prezident İlham Əliyev deyib ki, dövlətimiz bu məsələyə mühüm əhəmiyyət verir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026