• Bakı 12° C

    3.86 m/s

  • USD - 1.7

    EUR - 1.8519

    RUB - 1.9517

Prezidentinin köməkçisi Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

SİYASƏT

13 Mart 2025 | 12:50

Prezidentinin köməkçisi Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Ermənistan regionda sülh istəyirsə, Bakıda davam edən məhkəmə prosesi ilə yaxından əməkdaşlıq etməlidir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Eyni zamanda, o bildirib ki, Ermənistanın Azərbaycana vurduğu ziyanın qiymətləndirilməsi aparılıb.

“Regionda tam əhatəli sülhün təmin olunması üçün bu da bir şərtdir. Bu gün Minsk qrupuna da heç bir ehtiyac yoxdur. Kimsə Minsk qrupunu dirçəltmək istəyirsə, bu, utopiyadır. Ermənistan Minsk Qrupunun saxlanmasına çalışır. Bu kimi hallar, xüsusilə Ermənistanın Konstitusiyası ilə bağlı hallar aradan qaldırılandan sonra regionda sülh gündəliyi üçün daha yaxşı şərtlər formalaşacaq”.


SON XƏBƏRLƏR