• Bakı 21° C

    6.23 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Putin Braziliyada həbs olunacaq?

DÜNYA

22 Mart 2023 | 18:55

Putin Braziliyada həbs olunacaq?

Braziliya Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) üzvüdür və onun qərarlarına əməl edir.

Bakıvaxtı.az xarici KİV-ə  istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Mauro Vieira "Metropoles"ə müsahibəsində deyib.  

Nazir Rusiya prezidenti Vladimir Putinin Braziliyada həbs olunmasına münasibət bildirib. 

“Bu məsələyə yaradılan prosesin işığında baxmaq lazımdır. Şəxsən mən hələ bu barədə əmr görməmişəm. Braziliya ICC-nin üzvüdür.Biz bu struktura hörmət edirik və onun qərarlarını tanıyırıq”, - deyə o bildirib.

O, əlavə edib ki, Putinin həbsinə dair order məsələsi “müəyyən edilmiş təcrübə kontekstində nəzərdən keçirilməlidir”. 

Bundan əvvəl dünyanın 120-dən çox ölkəsi BCM-nin əsas işçi razılaşması olan Roma Əsasnaməsini imzalayan Cənubi Afrikanın hakimiyyət orqanları Putinin səfəri zamanı həbs olunacağı ilə bağlı xəbərdarlıq etmişdilər. 

Qeyd edək ki, martın 17-də Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin, eləcə də Rusiyanın uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın həbsi üçün beynəlxalq order verib.


SON XƏBƏRLƏR

24 Aprel 2024