• Bakı 14° C

    11.18 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

ÜST yeni komissiya yaradır

DÜNYA

21 Aprel 2023 | 16:12

ÜST yeni komissiya yaradır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tənhalıqla bağlı məsələləri araşdırmaq üçün komissiya yaratmaq niyyətindədir.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı ÜST nümayəndəsi Etyen Kruq açıqlayıb.

Onun sözlərinə görə, sözügedən komissiya əsas olaraq tənhalığın təsnifatının və indeksinin yaradılması ilə məşğul olacaq. 

Kruq qeyd edib ki, tənhalıq və sosial təcrid uzun müddət qeyri-ciddi problem hesab edilib. Lakin hazırda bu problemlə həm yaşlılar, həm də gənclər üzləşir. O bildirib ki, bir çox ölkələr bu məsələyə kifayət qədər diqqət ayırmırlar. 

Komissiyanın yaxın 2-3 ay ərzində yaradılacağı gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026