• Bakı 22° C

    6.6 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Mayın 28-də təkəbbür abidələrinə “bəsdir” deyəcəyik - Ərdoğan

DÜNYA

21 May 2023 | 11:54 | Müəllif: Subhan Mahmudov

Mayın 28-də təkəbbür abidələrinə “bəsdir” deyəcəyik - Ərdoğan

Uğursuzluqlarının səbəbini özlərində axtarmaq əvəzinə hər dəfə vətəndaşlarımızı günahlandırırdılar. İnşallah, mayın 28-də hamımız bu təkəbbür abidələrinə “bəsdir” deyəcəyik.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan tviter hesabında yazıb.

Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Oktyabr 2026