• Bakı 9° C

    10.22 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Rusiyadan Ukraynaya GECƏ HÜCUMU

DÜNYA

20 Iyun 2023 | 09:09 | Müəllif: Qalib İbrahimoğlu

Rusiyadan Ukraynaya GECƏ HÜCUMU

İyunun 20-nə keçən gecə Rusiya ordusu Ukraynaya növbəti iri raket və hava zərbəsi endirib.

Bakıvaxtı.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının hesabatında bildirilib.

İlkin məlumata görə, Rusiya ordusu İrana məxsus 30 "Şahed" pilotsuz uçan aparatı atıb və onlardan 28-i məhv edilib.

Rusiya Zaporojyeni və rayon mərkəzinin ətrafını S-300 raketləri ilə vurub, 7 belə sursatdan istifadə edilib, hücumla bağlı məlumat dəqiqləşdirilir,

"Rusiya ordusu son sutka ərzində dörd "Kalibr" qanadlı raketindən və İrana məxsus dörd "Şahed-136/131" zərbə PUA-sından istifadə edib. Səkkiz hava hədəfinin hamısı məhv edilib", - Baş Qərargah qeyd edib.

Bundan əlavə, qarşı tərəf gün ərzində çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən 70-ə yaxın hücum həyata keçirib və 45-dən çox hava zərbəsi endirib, dinc sakinlər arasında qurbanlar var.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026