• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rusiya bu şərtlə “Taxıl sazişi”nə qayıda bilər

DÜNYA

20 Iyul 2023 | 00:07 | Müəllif: Subhan Mahmudov

Rusiya bu şərtlə “Taxıl sazişi”nə qayıda bilər

"Əgər bütün şərtlər yerinə yetirilərsə, dərhal razılaşmaya qayıdacayıq".

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putin Moskvada hökumət rəsmiləri ilə keçirdiyi görüşündə deyib.

Putin "Taxıl sazişi"nin başlanğıcda humanitar əhəmiyyət daşıdığını, lakin Qərb ölkələrinin bu elementi tamamilə məhv etdiyini qeyd edib:

"Rusiyanın razılaşmaya qayıtmasının əsas şərti müqavilənin humanitar mahiyyətinin bərpasıdır. Əgər daha əvvəl razılaşdığımız bütün bu şərtlər yerinə yetirilsə və qarşılansa, dərhal razılaşmaya qayıdacayıq".

Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Qara dəniz razılaşmalarının faktiki olaraq qüvvədən düşdüyünü bildirib


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026