Qazaxıstanın Altay şəhərində fəhlələr Leninin abidəsini bərpa zamanı söküblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
Bildirilib ki, ərazidə işləyən texnika abidənin alt hissəsinə toxunub, bundan sonra heykəl postamentdən düşərək yararsız hala düşüb.
Şəhər icra hakimiyyətindən bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə şəraitini aydınlaşdırır.
















