Kanada Moskva Şəhər Məhkəməsi, Basmannı və Xamovniçeski Rayon Məhkəmələrinə qarşı sanksiyalar tətbiq edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
Məhdudlaşdırıcı tədbirlər 15 nəfərə də təsir edib.
Bundan əvvəl Kanada hakimiyyəti Belarusdan olan doqquz fiziki və yeddi hüquqi şəxsi sanksiyalar siyahısına daxil edib.
















