• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ÜST Çindən koronavirusun mənşəyi haqqında tam məlumat almağa çalışır

DÜNYA

17 Sentyabr 2023 | 15:40 | Müəllif: Subhan Mahmudov

ÜST Çindən koronavirusun mənşəyi haqqında tam məlumat almağa çalışır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinə koronavirusun mənşəyi haqqında tam məlumat əldə etmək üçün təzyiq göstərir.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Böyük Britaniyanın “Financial Times” qəzetinə müsahibəsində ÜST-nin baş direktoru Tedros Adanom Qebreyesus deyib.

“Biz Çinə [koronavirusun mənşəyinə dair məlumatlara] tam girişi təmin etmək üçün təzyiq edirik. Biz ölkələri Çin rəsmiləri ilə ikitərəfli görüşlərində bu məsələni qaldırmalarını xahiş edirik”, - o deyib.

ÜST-nin baş direktoru vurğulayıb ki, təşkilat koronavirusun səbəbləri ilə bağlı tam araşdırma aparmaq üçün Çinə “nümayəndə heyəti göndərmək istəyir”.

Qebreyesus qeyd edib ki, hazırda virusun yaranmasının bütün mümkün variantları, o cümlədən laboratoriya nəzəriyyəsi nəzərdən keçirilir.

“Aydın dəlil almayana qədər heç nə deyə bilmərik. Cavab alacağıq. Bu zaman məsələsidir”, - o diqqətə çatdırıb. ÜST-nin baş direktoru söyləyib ki, COVID-19-un mənşəyinin səbəblərini anlamaq növbəti pandemiyanın qarşısını almağa kömək edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026