• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Paşinyan: “Ermənistan Aİ ilə əlaqələrin dərinləşməsində maraqlıdır”

DÜNYA

17 Oktyabr 2023 | 14:10

Paşinyan: “Ermənistan Aİ ilə əlaqələrin dərinləşməsində maraqlıdır”

“Ermənistan Avropa İttifaqı (Aİ) ilə əlaqələrin daha da dərinləşməsində maraqlıdır”.

Bakıvaxtı.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan Strasburqda Avropa Parlamentinin rəhbəri Roberta Metsola ilə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, demokratiya Ermənistan üçün strateji seçimdir və bu, Aİ ilə əlaqələrin möhkəmləndirilməsi üçün möhkəm təməldir.

Onun sözlərinə görə, son dövrlərdə Ermənistanla Aİ arasında münasibətlər daha bir elementlə - təhlükəsizlik sferası ilə tamamlanıb: “Söhbət xüsusilə Aİ-nin Ermənistandakı mülki monitorinq missiyasından gedir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026