• Bakı 19° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Putin Pekində Orbanla görüşdü

DÜNYA

17 Oktyabr 2023 | 13:38

Putin Pekində Orbanla görüşdü

Rusiya Prezidenti Vladimir Putin Macarıstanın Baş naziri Viktor Orbanla Pekində görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Rusiya lideri qeyd edib ki, ölkəsi geosiyasi məhdudiyyətlərə baxmayaraq, bir çox Avropa ölkələri, o cümlədən Macarıstanla əlaqələri inkişaf etdirir:

“Rusiya ilə Macarıstan arasında son onilliklərdə münasibətlər qarşılıqlı şəkildə maraqların nəzərə alınması və müsbət dinamikaya əsaslanaraq qurulub”.

Putin, Rusiya ilə Macarıstanın mövqelərinin hər zaman üst-üstə düşməməsinə baxmayaraq, Orbanı dünya və Avropadakı vəziyyəti müzakirə etməyə dəvət edib.

Rusiya Prezidenti çıxışı zamanı həmçinin əlavə edib ki, ölkələrarası ticarət dövriyyəsinin həcmi nəzərəçarpacaq dərəcədə aşağı düşüb və əvvəlki səviyyəyə qaldırmaq üçün ciddi addımlar atılmalıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR