• Bakı 21° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

İranın 6 sərhədçisi öldürüldü

DÜNYA

21 May 2023 | 11:34 | Müəllif: Subhan Mahmudov

İranın 6 sərhədçisi öldürüldü

İranın Pakistanla sərhəddə yerləşən Saravan bölgəsinin Məzəsər sərhəd zastavasına silahlı hücum nəticəsində 6 İran sərhədçisi öldürülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran polis qüvvələrinin komandiri Əhmədrza Radan məlumat verib.

Öldürülənlərin üçü baş çavuş, üçü isə sıravı hərbçidir.

Sistan və Bəlucistan valiliyindən verilən məlumatda isə hücumun mayın 19-da silahlı cinayətkarlar tərəfindən həyata keçirildiyini və "Ceyşül Ədl" silahlı qruplaşmasının hücumun məsuliyyətini öz üzərinə götürdüyünü bildirilib.

Qeyd edək ki, adıçəkilən qrup İranın Sistan və Bəlucistan əyalətində kompakt yaşayan etnik bəlucların təşkilatıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026