"Rusiya ənənəvi dəyərləri müdafiə edir, həqiqəti və ədaləti qoruyur".
Bakıvaxtı.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
O, bildirib ki, ruslar problemlərlə üzləşəndə də ədalətin və həqiqətin müdafiəçisi olmaqda davam edirlər.
"Ruslar öz qarşılarına iddialı məqsədlər qoyur və addım-addım yeni zirvələrə çatır, Rusiyanın gücünü artırır. Vətəndaşların Vətənə sədaqəti isə suverenliyimizi və qüdrətimizi möhkəmləndirir", - deyə dövlət başçısı qeyd edib.
Gülşən Şərif