Moskva Qərbdən Ukraynaya artıq tədarük edilmiş və ediləcək raketlərin sayından xəbərdardır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Astanada KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasında bildirib.
"Əlbəttə ki, biz potensial düşmənin müvafiq silah sistemlərinin sayını, onların konkret harada yerləşdiyini, Ukraynaya nə qədər silah verildiyini və nə qədər tədarük ediləcəyini bilirik", - Rusiya Prezidenti qeyd edib.