• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Putin tektonik dəyişikliklərə rəhbərlik edir - Peskov

DÜNYA

08 Dekabr 2023 | 23:49

Putin tektonik dəyişikliklərə rəhbərlik edir - Peskov

Rusiya Prezidenti Vladimir Putin dünya həyatında tektonik dəyişikliklərə rəhbərlik edib.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Putinin namizəd olmağa razılıq verməsi həqiqətən qlobal hadisədir. Dünyada baş verənlərə baxın, əslində Rusiya və Rusiyanın başında duran Putin qlobal həyatın bütün sahələrində - istər dünya siyasətində, istərsə də dünya iqtisadiyyatında - tektonik dəyişikliklər, tektonik sürüşmələr prosesinə rəhbərlik edib”, - Peskov bildirib.

O əlavə edib ki, ruslar öz prezidentinin ətrafında birləşiblər və prezidenti dəstəkləmək istəkləri barədə susmaq istəmirlər, bu barədə danışır, yazırlar.

Xatırladaq ki, bu gün Rusiya Prezidenti Vladimir Putin 2024-cü ilin 17 martında keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayıb.


SON XƏBƏRLƏR

26 Iyul 2024