• Bakı 21° C

    7.69 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.1656

Putin Trampa İranla bağlı bunu təklif edib

DÜNYA

04 Iyun 2025 | 23:10

Putin Trampa İranla bağlı bunu təklif edib

ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin İran məsələsini müzakirə ediblər.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə açıqlama verən ABŞ Prezidenti İranın nüvə silahı ilə bağlı qərarını verməsi üçün vaxtın daraldığını deyərək və bunun tez bir zamanda qəbul edilməsinin vacibliyini telefon danışığı zamanı Putinlə müzakirə etdiyini bildirib.

“Mən Prezident Putinə bildirdim ki, İran nüvə silahına malik ola bilməz. Düşünürəm ki, biz bu məsələdə eyni fikrə gəldik. Prezident Putin təklif edib ki, İranla müzakirələrdə iştirak etsin və ola bilsin, o, bu məsələnin tez bir zamanda yekunlaşmasına kömək edə bilər. Fikrimcə, İran bu çox vacib məsələ ilə bağlı qərarını yavaş-yavaş verir və bizə çox qısa zaman ərzində qəti cavab lazımdır”, - deyə Tramp əlavə edib.


SON XƏBƏRLƏR