• Bakı 24° C

    4.72 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Soçidə azərbaycanlı qadın saxlanıldı

DÜNYA

04 Iyul 2025 | 18:23 | Müəllif: Subhan Mahmudov

Soçidə azərbaycanlı qadın saxlanıldı

Soçidə azərbaycanlı qadın “Ukraynaya şöhrət!” şüarını səsləndirdiyinə görə saxlanılıb.

Bakıvaxtı.az "Baza"ya istinadən xəbər verir ki, 40 yaşlı Esmira B. Krasnodonskaya küçəsində həbs edilib. 

Qadın Rusiya-Azərbaycan münasibətlərinin kəskinləşməsi fonunda etirazını bu şəkildə ifadə edib. Esmiranın özünün Rusiya vətəndaşı olduğu, lakin Azərbaycanda doğulduğu və yaşadığı bildirilir.

Onun barəsində Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 20.3-cü maddəsi (faşist simvollarının təbliği və ya açıq nümayişi) ilə protokol tərtib edilib. Esmira 15 sutkaya qədər həbs oluna bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026