• Bakı 28° C

    0.47 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

Ukrayna və Rusiya 1200 əsirin mübadiləsi barədə razılaşdı

DÜNYA

03 Avqust 2025 | 16:52

Ukrayna və Rusiya 1200 əsirin mübadiləsi barədə razılaşdı

Ukrayna və Rusiya 1200 əsirin mübadiləsi barədə razılığa gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” hesabında paylaşım edib.

Ukrayna Prezidenti qeyd edib ki, İstanbulda keçirilən üçüncü danışıqlar raundundan sonra tərəflər 1200 əsirin mübadiləsi ilə bağlı razılıq əldə ediblər. Hazırda tərəflər mübadilə üçün nəzərdə tutulan şəxslərin siyahısı üzərində işləyir. Volodimir Zelenski bu məsələni Prezident Aparatının rəhbəri Andrey Yermak və Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovla müzakirə edib.

Volodimir Zelenski əlavə edib ki, Ukrayna eyni zamanda mülki şəxslərin geri qaytarılması istiqamətində də iş aparır və hər bir vətəndaşın taleyi ilə bağlı məlumatlar toplanır.


SON XƏBƏRLƏR

02 Avqust 2025