• Bakı 19° C

    5.65 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Putin yenidən onu Baş nazir görmək istəyir

DÜNYA

10 May 2024 | 09:53

Putin yenidən onu Baş nazir görmək istəyir

Rusiya Prezidenti Vladimir Putin Mixail Mişustinin ölkənin Baş naziri postuna namizədliyini Dövlət Dumasına təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Rusiya parlamentinin aşağı palatasının sədri Vyaçeslav Volodin açıqlayıb. 

Dövlət Dumasının bu gün keçiriləcək plenar iclasında Mişustinin namizədliyi nəzərdən keçiriləcək.

Xatırladaq ki, Rusiya hökuməti mayın 7-də ölkə lideri Vladimir Putinin andiçmə mərasimindən sonra istefa verib. 

Onu da qeyd edək ki, Mixail Mişustin 2020-ci ildən Rusiyanın Baş naziri olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Oktyabr 2026