• Bakı 20° C

    3.75 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Qan durulaşdırıcılarından nəzarətsiz istifadənin FƏSADLARI 

CƏMİYYƏT

17 Aprel 2024 | 15:21

Qan durulaşdırıcılarından nəzarətsiz istifadənin FƏSADLARI 

“Xalq arasında bir deyim var ki, 40 yaşından sonra bəzi qan durulaşdırıcı dərmanlar qəbul olunmalıdır. Bu fikrin doğru və yanlış tərəfləri var.” 

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında nazirliyin mütəxəssis-eksperti, hematoloq Şəhla Şabanova açıqlayıb. 

Onun sözlərinə görə, istənilən dərmanda olduğu kimi qan durulaşdırıcı kimi ciddi dərman qrupunu həkim tövsiyəsi və həkim nəzarəti olmadan qəbul etmək təhlükəli nəticə verə bilər:

“Qan durulaşdırıcıların nəzarətsiz istifadəsi ciddi qanaxmalara, qaraciyər çatışmazlığına səbəb ola bilər. Araşdırmalar zamanı 40-45 yaşdan yuxarı insanların uzun müddət bu tip dərmanlardan istifadəsi ürək-damar probleminin qarşısını almağa imkan versə də, ciddi mədə-bağırsaq, beyin içi qanamalarla müşahidə edilir.

Günəş Mərd 


SON XƏBƏRLƏR

29 Aprel 2024