• Bakı 9° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Qanunsuz ovla məşğul olanlar saxlanıldı

CƏMİYYƏT

19 Dekabr 2023 | 09:04

Qanunsuz ovla məşğul olanlar saxlanıldı

Tovuzda qanunsuz ov ilə məşğul olan şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində Ceyrançöl adlanan ərazisində qanunsuz ov edən Bakı və Tovuz rayon sakinləri saxlanılıb.

Həmin şəxslərdən qanunsuz ovladığı 2 ədəd çöl dovşanı və 2 ədəd ov tüfəngi aşkarlanıb.

Faktla bağlı həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunub.

Faktlar üzrə araşdırmalar aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026