Heyva qabığı çayının sağlamlığa bir çox faydaları var.
Bakıvaxtı.az onlardan bir neçəsini təqdim edir:
Heyva qabığı çayı dərini təmizləyir, parlaqlaşdır və gözəlləşdirir.
Saç köklərini gücləndirir və saçları dərindən təmizləməyə kömək edir.
Anemiya üçün faydalıdır.
Öskürəyi azaldan təsirə malikdir.
Çəki nəzarətinə kömək edə bilər.
Qan təzyiqini balanslaşdırır.

Boğazdakı qıcıqlanmanı aradan qaldırır.
İmmunitet sistemini gücləndirir.
Mövsümi soyuqdəymə və qripə qarşı immunitet formalaşdırır.
Dəridəki bəzi yaraların sağalmasına kömək edir.
Tərkibində yüksək miqdarda C vitamini olduğu üçün bədəni xəstəliklərdən qorumağa kömək edir.
Heyva qabığı çayının bu faydalarından yararlanmaq üçün heyva qabığını qaynar suda dəmləmək kifayətdir. Ancaq hər hansı bir sağlamlıq vəziyyəti üçün heyva qabığı çayını istifadə etməzdən əvvəl həkimə müraciət etmək vacibdir. Allergik şəxslər üçün zərərli ola biləcəyini və bəzi yan təsirləri ola biləcəyini unutmaq olmaz.
Günəş Mərd
















