• Bakı 17° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Qapısı açıq halda idarə olunduğu deyilən avtobusdan sərnişin yıxıldı

HADİSƏ

26 Iyun 2024 | 13:02

Qapısı açıq halda idarə olunduğu deyilən avtobusdan sərnişin yıxıldı

Abşeronda kişi avtobusdan yıxılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Sumqayıt24.az” məlumat paylaşıb.

Məlumata görə, hadisə bu gün səhər Novxanı qəsəbəsi istiqamətində baş verib.

Şahidlərin sözlərinə görə, 585 nömrəli marşrutun sürücüsü avtobusu qapıları açıq vəziyyətdə sürüb.

Bildirilib ki, salonda sıxlıq olduğu üçün sərnişinlərdən biri müvazinətini itirərək yola yıxılıb.

Sərnişin başından zədə alıb.


SON XƏBƏRLƏR

28 Sentyabr 2024