Xəbər verdiyimiz kimi, bu gün keçirilən əməliyyat zamanı “Qarabağ”-“Çelsi” oyununun biletlərini qanunsuz şəkildə satışa çıxaran bir neçə şəxs kiberpolis tərəfindən saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, saxlanılanlar arasında olan Rəşad Həsənov daha əvvəl “Baku TV”yə şikayətlə bildirib ki, matça bilet almağa cəhd etsə də, uğursuz olub.
Qısa müddət sonra isə həmin şəxs biletləri qeyri-qanuni yolla satdığı üçün polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, bu gün kiberpolisin keçirdiyi əməliyyat nəticəsində biletləri rəsmi satış məntəqələrindən alaraq daha yüksək qiymətə “qara bazar”da satmaq istəyən beş nəfər – Emil Dadaşov, Cavid Dadaşov, Rəşad Həsənov, Murad Mirkişiyev və Vüsal Zalov saxlanılıblar.
Bakı 


