• Bakı 11° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.9817

    RUB - 2.2074

"Elə bil toyda oynayırdılar" - Ərəblərin məhkəməsində şahidlər danışdı

CƏMİYYƏT

04 Dekabr 2025 | 18:35

Elə bil toyda oynayırdılar - Ərəblərin məhkəməsində şahidlər danışdı

Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə polis tərəfindən saxlanılan 3 Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) cinayət işi üzrə məhkəmənin novbəti prosesi keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən proses şahid ifadələri ilə isini davam etdirib.

"Dagüstü Park"da xadimə işləyən xanım şahid kimi ifadəsində deyib:"Biz gördük ki,şəhid qəbirlərinin yaninda atılib düşürlər.Yaxınlaşdıq ki,belə etmək olmaz,onlar isə bizi başa düsməyərək elə tullanıb düşürdülər.Elə bil toyxanadaydılar,gülürdülər,atılıb-düşürdülər,hətta deyəsən kimsə şillə ilə də vurub onları".

İfadə verən digər şahidlərdə ərazidə təmizlik işləri ilə məşqul olarkən həmin şəxslərin qəbirlərin yaxınlığında nalayiq hərəkətlər etdiklərini hətta üçüncü qəbrin sinə daşının üzərində ərəblərin rəks ediyini də deyiblər.

Növbəti proses dekabrın 9-na təyin edilib.

Qeyd edək ki, avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.

Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.


SON XƏBƏRLƏR