• Bakı C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.7813

    RUB - 1.6139

“Qara Cümə” endirimləri: Reallıq, yoxsa?..

CƏMİYYƏT

28 Noyabr 2024 | 10:34

“Qara Cümə” endirimləri: Reallıq, yoxsa?..

Dünyanın demək olar, dörd bir yanında hər il noyabrın sonuncu cümə günündə “Qara Cümə” qeyd olunur. Həmin gün onlayn satış platformalarında və satış mərkəzlərində endirimlər başlayır.

Bakıvaxtı.az-ın məlumatına görə, illərdi Azərbaycanda da “Qara Cümə” endirimlər günü kimi yadda qalır. Həmin gün alış-veriş mərkəzlərində iynə atsan, yerə düşməz. Hər kəs “Qara Cümə”də edilən endirimlərdən yararlanmağa çalışır.

Bəs görəsən bu endirimlər nə dərəcədə şəffafdır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən marketinq mütəxəssisi Müşviq İskəndərov bildirib ki, şirkətlər mütləq endirimləri həqiqi etməlidirlər, bunun əsas səbəbi dünyanın müasirləşən trendlərində müştərilərin loyallıq proqramıdır. Çünki müştərilər loyal qalması üçün marka və müştəri komnukasiyayası həmişə qorunmalıdır:

“Yalan endirimlər, yalan vədlər sonradan yeni müştərilərin qazanılması əvəzinə köhnə müştərilərin itirilməsi ilə nəticələnə bilər. Odur ki, “Black Friday” günlərində ticari nöqtələr vəd etdikləri endirimləri mütləq həqiqi etməlidirlər”.

Müşviq İskəndərov: Yalan endirimlər köhnə müştərilərin itirilməsi ilə nəticələnə bilər

M.İskəndərov qeyd edib ki, ticari nöqtələrin qabağında qeyd olunmuş endirim faizləri içəridəki mallarda tətbiq olunmasa, istehlakçılar öz hüquqlarının qorunması ilə bağlı dövlət qurumlarına müraciət edib həmin müəssisələrdə lazımi tədbirlər gördürə bilərlər.

“Dünya artıq müştərini alıb-aldatma dövrü deyil, rəqəmsallaşmanın, ticari dövriyyənin artdığı müasir dövrdəyik. Buna görə də, ticari nöqtələr müştərilərin maraqlarını özündə əks etdirən strateji addımlar atmalıdır”- deyə Müşviq İskəndərov əlavə edib.

Qeyd edək ki, "Qara cümə” ABŞ-də “Şükran Günü”ndən sonrakı ilk cümədir. 1932-ci ildən Milad alış-verişi kimi tanınır və adını 1961-ci ildə alıb. Məhz həmin il qəzetlərdə “Black Friday” ifadəsi peyda olub.

Builki “Qara Cümə” sabaha, yəni noyabrın 29-na düşür.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

27 Noyabr 2024