• Bakı 24° C

    9.12 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Daha bir ölkədə meymunçiçəyinə yoluxma aşkarlanıb

CƏMİYYƏT

28 Dekabr 2024 | 09:18

Daha bir ölkədə meymunçiçəyinə yoluxma aşkarlanıb

Kosovoda meymunçiçəyi xəstəliyinə ilk yoluxma aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kosovo Milli İctimai Sağlamlıq İnstitutu məlumat yayıb.

Məlumata görə, meymunçiçəyi ölkənin Afrikadan yenicə qayıdan 30 yaşlı vətəndaşında aşkar edilib: “30 yaşlı kişi Qərbi Afrika regionundakı ölkələrdən birindən qayıtdıqdan sonra, dekabrın 24-də xəstəxanaya yerləşdirilib. Xəstə yüksək hərarətdən, titrəmədən, üz və əllərdə ləkələrdən, qaşınmadan şikayət edir”.

Xəstənin səhhəti sabitdir. Onun ailə üzvləri və təmasda olduğu bütün şəxslər müayinə edilib, profilaktik tədbirlər görülür.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən ayın sonunda meymunçiçəyi epidemiyasının hələ də beynəlxalq səhiyyə sistemində fövqəladə vəziyyət olaraq qaldığını açıqlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026