• Bakı 12° C

    1.85 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Qarabağ atəşkəs bəyannaməsinin qüvvəyə minməsindən 5 il ötür

SİYASƏT

10 Noyabr 2025 | 00:00

Qarabağ atəşkəs bəyannaməsinin qüvvəyə minməsindən 5 il ötür

Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatın qüvvəyə minməsindən 5 il tamam olur.

Bakıvaxtı.az xatırladır ki, sənəd 44 günlük Vətən müharibəsinə son qoyaraq regionda yeni geosiyasi reallıqlar formalaşdırıb.

Atəşkəs bəyannaməsi ilə Azərbaycan öz ərazi bütövlüyünü təmin edib, işğal altında olan torpaqların böyük hissəsinə nəzarəti bərpa edib.

Bu sənəd Cənubi Qafqazda qüvvələr balansını dəyişdirərək, Azərbaycanın regional təşəbbüslərdə aparıcı rolunu daha da möhkəmləndirib.

Hazırda rəsmi Bakı postmünaqişə dövründə sülh müqaviləsinin imzalanması, kommunikasiya xətlərinin açılması və bölgədə davamlı sabitliyin təmin olunması istiqamətində diplomatik səylərini davam etdirir. 


SON XƏBƏRLƏR

09 Noyabr 2025