• Bakı 20° C

    1.51 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Qarabağ erməniləri Bakının dəvətinə “hə” deyəcək, amma... - Təlimatı Moskvadan alırlar

SİYASƏT

30 Mart 2023 | 12:14

Qarabağ erməniləri Bakının dəvətinə “hə” deyəcək, amma... - Təlimatı Moskvadan alırlar

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezident Adminstrasiyası Qarabağda yaşayan erməniləri reinteqrasiyası məsələsinin müzakirəsi üçün Bakıya dəvət edib.

Maraqlıdır, ermənilər bu dəvətə “hə” deyib Bakıya gələcəkmi?

Politoloq Teymur Qasımlı Bakıvaxtı.az-a bildirib ki, bundan əvvəl də Prezident Adminstrasiyası Qarabağ ermənilərinə görüş təklif etmişdi, lakin müsbət cavab verilmədi:

“Daha doğrusu, cavab belə oldu ki, görüş Xocalıda olsun. Bildiyim qədəri ilə, bu danışıqları da Xocalıda millət vəkili Ramin Məmmədov aparır. Belə düşünürəm ki, ermənilər yenə təklimizə “hə” deyəcək, amma Bakıya gəlməyəcəklər”.

Onun fikrincə, ermənilərin Bakıya gəlməsində Rusiya maraqlı deyil. Politoloq qeyd edib ki, bundan əlavə, Qarabağdakı oyuncaq parlament, “qeyri-hökümət təşkilatları”, “silahlı birləşmələr” də ermənilərin bura gəlməsinə əngəl törədəcək.

“Lakin biz dünyaya göstərməliyik ki, ordakı ermənilər bizim vətəndaşımızdır. Ermənilər təlimatı birbaşa Moskvadan alırlar. Heç kim özünü aldatmasın. Rusiya və Qarabağdakı qondarma rejim, hətta yeri gələndə İrəvan da birlikdə iş görür”, - deyə Teymur Qasımlı əlavə edib.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR