• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Qarabağda ötən ay zərərsizləşdirilən minaların sayı açıqlandı

CƏMİYYƏT

01 Fevral 2024 | 13:09

Qarabağda ötən ay zərərsizləşdirilən minaların sayı açıqlandı

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.

Bildirilib ki, azad olunan ərazilərdə yanvar ayı ərzində 40 tank əleyhinə mina, 123 piyada əleyhinə mina, 203 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin, 734,7 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.


Qarabağda ötən ay zərərsizləşdirilən minaların sayı açıqlandı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026