• Bakı 20° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Pərviz Şahbazov Əlcəzairdə səfərdədir

CƏMİYYƏT

02 Mart 2024 | 09:35

Pərviz Şahbazov Əlcəzairdə səfərdədir

Energetika naziri Pərviz Şahbazov Əlcəzair Xalq Demokratik Respublikasına səfər edib. Nazir martın 2-də paytaxt Əlcəzair şəhərində keçiriləcək Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) Dövlət və Hökumət Başçılarının 7-ci Sammitində iştirak edəcək.

Energetika Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, sammitdə qaz sahəsində aparılan siyasət, son inkişaf və tendensiyalar, həmçinin üzv ölkələr tərəfindən qlobal enerji bazarında qarşıdakı dövrdə təbii qaz resurslarının roluna dair müzakirələrin aparılması nəzərdə tutulur. Səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.

    Qeyd edək ki, ölkəmiz GECF-də müşahidəçi üzv qismində təmsil olunur.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    01 Oktyabr 2026