• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"Space TV"nin canlı efirində alim HUŞUNU İTİRDİ - VİDEO

CƏMİYYƏT

01 Aprel 2024 | 09:17 | Müəllif: Subhan Mahmudov

"Space TV"nin canlı efirində alim HUŞUNU İTİRDİ - VİDEO

"Space" televiziyasının canlı efirində gözlənilməz hadisə yaşanıb.

Bakıvaxtı.az bizim.media-ya istinadən bildirir ki, "31 mart Azərbaycanlıların Soyqırım Günü"nə həsr olunan "1918-ə gedən yol" verilişində qonaq olan yaşlı alimin canlı efirdə qəfil halı pisləşib.

Sözügedən proqramın aparıcısı Amil Xəlil alimə sual verərkən özünü pis hiss edib. Bunu görən Amil dərhal alimin yanına gələrək onu yıxılmaqdan qoruyub. 
Alimin huşunu itirdiyini görən aparıcı məcburən reklamlara keçid alıb.

5 dəqiqə reklam fasiləsindən sonra canlı efir öz yayımını davam etdirib. Amil alimin özünü yaxşı hiss etdiyini bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR