• Bakı 13° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Qarabağda tapılan silahların əksəriyyəti bu tarixdə istehsal edilib - FOTOLAR

CƏMİYYƏT

26 Oktyabr 2023 | 14:14

Qarabağda tapılan silahların əksəriyyəti bu tarixdə istehsal edilib - FOTOLAR

Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra əraziyə baxış zamanı aşkar olunan "TOS-1A" odsaçan sisteminin raketlərindən bir qisminin 2021-ci ildə istehsal edildiyi müəyyən edilib.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bundan başqa, bölgədə aşkar edilən “Kornet” və "Faqot" tank əleyhinə raket komplekslərinin idarə olunan raketlərdən bəzilərinin 2020-ci ilin sonunda bağlanmış müqaviləyə əsasən Ermənistan tərəfindən istehsalçıdan birbaşa, bəzilərinin isə üçüncü dövlət vasitəsilə satın alınaraq Qarabağa gətirildiyi müəyyən edilib.

"Bu faktlar lokal xarakterli antiterror tədbirlərinə qədər Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə Laçın yolu vasitəsilə qanunsuz hərbi daşımaların həyata keçirildiyinin əyani sübutudur", - nazirlikdən bildirilib.


Qarabağda tapılan silahların əksəriyyəti bu tarixdə istehsal edilib - FOTOLARQarabağda tapılan silahların əksəriyyəti bu tarixdə istehsal edilib - FOTOLARQarabağda tapılan silahların əksəriyyəti bu tarixdə istehsal edilib - FOTOLARQarabağda tapılan silahların əksəriyyəti bu tarixdə istehsal edilib - FOTOLARQarabağda tapılan silahların əksəriyyəti bu tarixdə istehsal edilib - FOTOLARQarabağda tapılan silahların əksəriyyəti bu tarixdə istehsal edilib - FOTOLARQarabağda tapılan silahların əksəriyyəti bu tarixdə istehsal edilib - FOTOLARQarabağda tapılan silahların əksəriyyəti bu tarixdə istehsal edilib - FOTOLARQarabağda tapılan silahların əksəriyyəti bu tarixdə istehsal edilib - FOTOLARQarabağda tapılan silahların əksəriyyəti bu tarixdə istehsal edilib - FOTOLARQarabağda tapılan silahların əksəriyyəti bu tarixdə istehsal edilib - FOTOLARQarabağda tapılan silahların əksəriyyəti bu tarixdə istehsal edilib - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026