• Bakı 14° C

    3.17 m/s

  • USD - 1.7

    EUR - 1.8945

    RUB - 2.1118

Ölən babasından qalan silahı... - DİN

CƏMİYYƏT

25 Noyabr 2023 | 12:41

Ölən babasından qalan silahı... - DİN

Novxanı qəsəbəsi sakini 2012-ci ildə vəfat edən babasından qalan silahı polisə təhvil verib.

Daxili İşlər Nazirliyindən Bakıvatı.az-a verilən məlumata görə, vətəndaşlarda olan odlu silah-sursatların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir.
Abşeron Rayon Polis İdarəsinin Saray Polis bölməsinə müraciət edən qəsəbə sakini 1998-ci il təvəllüdlü F.Namazov 2012-ci ildə dünyasını dəyişən babası R.Namazovdan qalan müvafiq səbədləri olmayan 1 ədəd ov tüfəngini könüllü olaraq Bölmə əməkdaşlarına təhvil verib. 
Son günlər bu sahədə aparılan profilaktik tədbirlərə dəstək verdiyi üçün vətəndaşa təşəkkür edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Oktyabr 2026