Toxluq hissi vermək üçün vibrasıyalı həb istehsal edilib.
Bakıvaxtı.azbu barədəxarici mediaya istinadən xəbər verir.
Məlumata görə, donuzlar üzərində aparılan araşdırma göstərib ki, vibrasiya mədədə uzanan reseptorları aktivləşdirərək qidanın mövcudluğunu simulyasiya edir.
Asan yolla arıqlamaq hər kəsin arzusu olsa da, bu mümkün deyil. Lakin alimlər buna çarə tapmaq üçün bu həbi yaradıblar. Yeməkdən əvvəl udulan dərman toxluq hissi verir. İlk təcrübələr donuzlar üzərində aparılıb. Məlum olub ki, həbi udduqdan yarım saat sonra donuzlar yedikləri yeməyin miqdarını orta hesabla 40%-ə qədər azaldıblar.
Alimlər bildiriblər ki, bu həb mədədəki gərginlik reseptorlarını aktivləşdirir, bu da orqanizmin orada qida varmış kimi hərəkət etməsinə səbəb olur. Araşdırmalara görə, vagus siniri vasitəsilə beyindəki hipotalamusa göndərilən siqnallar toxluq hissi yaradır və aclıq hissini öldürən hormonların səviyyəsini artırır.
Udulan kapsuldakı bir batareya tərəfindən təmin edilən vibrasiya ya bir taymer, ya da həb ətrafındakı membranı məhv edən mədə turşusu ilə tətiklənəcək. Alimlər deyirlər ki, batareya tualetə getməklə normal və problemsiz çıxarıla bilər. Əlavə ediblər ki, böyük vitamin ölçüsündə olan həb əməliyyatsız və müvəqqəti müalicə üçün istifadə ediləcək.
Qeyd edək ki, alimlərin insanların davamlı dərman atmaması üçün mədəyə həmin funksiyanı daşıyan implant yerləşdirmək kimi bir fikri də var.
Ay Tac




JPG-1706083222.webp)


jpg-1706081613.webp)



jpg-1706078659.webp)



