Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialı tərəfindən Şirvan şəhəringə Əmək yarmarkası keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, yarmarka 20 işəgötürənlə birgə təşkil olunub.
Tədbirdə Agentliyin, tərəfdaş şirkətlərin rəhbər şəxsləri və əməkdaşları iştirak etmişdir. İşəgötürənlər tərəfindən müvafiq vakansiyalara dair tələblər barədə ətraflı məlumat verilib, işsiz və işaxtaran şəxslərə 160-dan çox boş iş yerləri (əməkhaqqı 350-1200 manat aralığına) təqdim olunub.
Filial tərəfindən təqdim olunmuş vakansiyalara dair tələblər təhlil olunaraq işsiz və işaxtaran şəxs kimi qeydiyyatda olan vətəndaşlarla iş aparılıb, uyğun namizədlər tədbirə cəlb edilib.
Cəlb edilmiş şəxslər sirasında müharibə iştirakçıları, qazilər və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər də yer alıb.
İşəgötürən tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.




































