“Qanunu bilməmək məsuliyyətdən azad etmir ifadəsini rahat şəkildə ermənilərə aid etmək olar”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin 23 fevral 2024-cü il tarixli iclasında deputat Elşad Mirbəşir deyib
“Kobud səhvlərindən nəticə çıxarmamaları onları nəticələrdən azad etmir. Ermənilər yenə Azərbaycana qarşı ittihamlar səsləndiriblər. Xüsusilə Fransa beynəlxalq görüşlərdə ermənilərin Qarabağa qayıtmasının vacibliyini vurğulayır. Məqsəd ondan ibarətdir ki, yenə də ərazimizdə separatizm olsun. Ermənilərin 36-cı ili qeyd etməsini əsas götürməliyik. Region xalqlarının imkanları səfərbər olmalıdır ki, Cənubu Qafqaz təhlükədən azad olsun”.
Aytac Aslan
















